İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov şirkətin yaradılmasının 30 illiyi münasibəti ilə təbrik edib.
FED.az xəbər verir ki, bu barədə nazir özünün “Twitter” hesabında yazıb.
M. Cabbarov qeyd edib ki, Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi və dövlətimizin iqtisadi inkişafında müstəsna rolu olan SOCAR-ın yaradılmasının 30 illiyidir: “Zəngin neft-qaz resurslarımızın ölkəmizin tərəqqisi və rifahı naminə istifadə edilməsinə böyük töhfələr verən quruma fəaliyyətində uğurlar arzu edirəm”.