Neft məhsullarının satışı ilə bağlı Ermənistan tərəfindən sorğu daxil oldu və Gürcüstan üzərindən daşınma məsələsi gündəmə gəldi.
Paşinyan yüklərin Azərbaycan ərazisindən daşınmasına görə - İlham Əliyevə təşəkkür edib
FED.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Gürcüstan tərəfindən tətbiq edilən tarif həqiqətən çox yüksək olub: “Bu, Azərbaycanda suallar yaratdı, çünki bu mövcud praktikaya uyğun deyildi. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələyə müdaxilə etdi və məsələ öz həllini tapdı". (Apa)










