Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Eləcə də bax: Azərbaycan BƏƏ ilə yeni sənədlər - İMZALAYIB
FED.az Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, stansiyasının tikintisi üçün 35 hektar əkinəyararsız torpaq sahəsi ayrılıb. Ayrılan 15 hektar ərazinin 7,9 hektarı ilk tikilən 5 meqavatlıq, 4,25 hektarı isə yeni tikilən 3 meqavat gücündə Günəş Elektrik Stansiyası üçün istifadə edilib.
Layihə İsveçrənin “Pure Energy Development” SARL şirkəti tərəfindən icra olunub.
Stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə aparılıb, hər birinin gücü 330 vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunan 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovat gücündə transformator yarımstansiyaları quraşdırılıb.