SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib.
Eləcə də bax: Neftin ucuzlaşmasına görə «Total» şirkəti - 3 ÖLKƏDƏN ÇIXIR
FED.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, görüşdə qlobal pandemiya dövründə uğurlu “Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR prezidentinə məlumat verilib, eyni zamanda “Total” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrə sadiq qaldığı vurğulanmışdır. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub.
Məlumata əsasən, sonda “Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqut “Total” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın (Arnaud Breuilliac) məktubunu SOCAR-ın prezidenti R. Abdullayevə təqdim edib.