Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 2 quyunun qazma işlərini uğurla davam etdirir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, 1140 nömrəli meydançada 1193 nömrəli quyunun layihə dərinliyi 895 metr, 1150 nömrəli meydançada 1160 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.
Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.
“Pirallahı adası” yatağında yeni quyular qazılır
10:58
28 Fev 2017