“Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır”.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.
Azərbaycanda qaz və elektrik enerjisinə görə aylıq sabit tarif - BİR MANAT OLACAQ
“Kəndlərdə və şəhərdə yaşayan insanların kommunal ödənişləri eyni olmalı deyil. Kəndlərdən şəhərə camaat nə üçün gəlir?
Çünki kənddə və şəhərdə yaşayan insanların qaz və su pulu eynidir. Kommunal ödənişlər kəndlərdə aşağı olmalıdır”, - deputat qeyd edib










