Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında İndoneziyaya cəmi 130,9 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İndoneziyaya ixrac edilmiş neftin dəyəri isə 72,1 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 146,1 min ton (2,1 dəfə), dəyərində isə 89,5 milyon dollar (2,2 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan İndoneziyaya 161,6 milyon dollar dəyərində 277 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə İndoneziyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 551 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 32 dollar (5,5%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 583 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İndoneziya 2025-ci ildə 17-ci, 2024-cü ildə isə 13-cü yerdə olub.









