Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Danimarkaya cəmi 88,1 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Danimarkaya ixrac edilmiş neftin dəyəri isə 49,6 milyon dollar olub.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu ölkə xam neft ixrac olunan əsas ölkələrin siyahısında yer almayıb.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Danimarkaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 564 dollar təşkil edib.









