Dünya bazarında neftin qiymətinin ucuzlaşması davam edir.
FED.az xəbər verir ki, neftin ucuzlaşmasına ABŞ prezidenti Donald Trampın ticarət tariflərini tətbiq etməsi ilə yanaşı, OPEK ölkələrinin neft hasilatını artırmaq barədə qərarları da təsir edir.
Nəticədə Brent nefti həftə ərzində təqribən 6 dollar və ya 9% ucuzlaşaraq həftəni 61,29 dollar qiymətlə başa vurub.
WTI nefti isə həftə ərzində 5,1 dollar və ya 8 dollar ucuzlaşaraq həftəni 58,28 dollar qiymətlə başa vurub.
Həftə ərzində qiymətlər bundan da aşağı həddə düşdüyü dövr olub. Belə ki, Brent nefti mayın 1-də 59,4 dollara enib.
Ümumilikdə ilin əvvəlindən bəri neft qiymətləri 12 dollar azalıb.
Qarşıdakı həftələrdə də qiymətlərin bu həddə qalacağı və ya daha da enəcəyi istisna edilmir. ABŞ adminitrasiyasının Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar Rusiyanın enerji sistemini də əhatə edir.
Eyni zamanda OPEK ölkələri may və iyun aylarında hasilatın bir qədər də artırılmasını müzakirə edirlər ki, bu da bazarda neft təklifini artıracaq.