Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.
Neftin hər 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirini - 3 MİLYARD DOLLAR ARTIRIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:
"Biz neft və qazın qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq".











