Qarşımızda qoyulmuş əsas vəzifələrdən biri SOCAR-ı qlobal miqyasda tanınan, çevik, müasir və rəqabətədavamlı transmilli şirkətə çevirməkdir.
FED.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Eləcə də bax: SOCAR-ın iki şirkəti Gürcüstanın - ƏN GƏLİRLİ ŞİRKƏTLƏRİ ARASINDA
SOCAR-ın prezidenti “Bu istiqamətdə əhəmiyyətli uğurlar əldə edilmişdir” deyərək sözlərinə belə davam edib:
“SOCAR dünya bazarlarına inamla daxil olaraq, özünə layiqli yer tutmuşdur və mövqelərini gücləndirməkdədir. İndi biz, demək olar, bütün qitələrdə fəaliyyət göstəririk. Ötən il 40 ölkənin 100-dən çox məntəqəsində müxtəlif kommersiya əməliyyatları həyata keçirilib ki, bu da SOCAR-ın nə qədər geniş və inkişaf etmiş qlobal ticarət və infrastruktur şəbəkəsinə malik olduğunun göstəricisidir. Həmin şəbəkəyə müxtəlif ölkələrdə neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları və digər imkanlar daxildir. Biz biznes portfelimizi davamlı olaraq diversifikasiya etməklə, beynəlxalq bazarlarda payımızı durmadan artırmaq xətti götürmüşük və mütəmadi olaraq bu xətt üzrə məqsədyönlü tədbirlər görürük.”.