2025-ci ildə Azərbaycan Gürcüstana 250,3 milyon dollar dəyərində 2 milyard 342 milyon kubmetr təbii qaz ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Gürcüstana qaz ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 72,4 milyon dollar (22,4%), miqdar ifadəsilə isə 924 milyon kubmetr (28,3%) azalıb.
Qeyd edək ki, 2024-cü ildə Gürcüstana 322,7 milyon dollar dəyərində 3 milyard 266 milyon kubmetr qaz ixrac edilmişdi.
Bu il Gürcüstana ixrac edilən qazın 1000 kubmetrinin orta ixrac qiyməti 106,9 dollar (təxminən 182 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 98,8 dollar (təxminən 168 manat) idi. Bu da illik müqayisədə 8,1 dollar (14 manat) və ya 8,2% bahalaşma deməkdir.











