G7 ölkələrinin energetika nazirləri Rusiya qazının idxalından imtina etmək üçün işi davam etdirmək barədə razılığa gəliblər.
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı - MÜZAKİRƏ EDİB
FED.az xəbər verir ki, bu barədə nazirlərin İtaliyanın Turin şəhərində keçirilən görüşün yekunlarına dair bəyanatında bildirilib.
Onlar həmçinin bildiriblər ki, Rusiyanın enerji ixracından əldə etdiyi gəlirin azalması Ukraynaya dəstək üçün son dərəcə vacibdir. Ayrı-ayrılıqda G7 ölkələri Rusiyanın nüvə enerjisi ilə bağlı mülki mallardan “asılılığı azaltmağa” hazır olduqlarını təsdiqlədiklərini bəyan ediblər. (Report)