İyul ayında Çinin İrandan idxal etdiyi neftin həcmi təxminən 30% azalıb.
FED.az xəbər verir ki, bu barədə “Bloomberg“də dərc olunan məqalədə qeyd olunub.
Belə ki, iyul ayı ərzində İrandan idxal olunan neftin həcmi gündəlik olaraq 1.2 milyon barel təşkil edib ki, bu da iyun ayındakı idxaldan təqribən 30% aşağıdır.
Qeyd edək ki, Çin İran neftinin əsas alıcısı hesab olunur (Apa).