ABŞ-ın və dünyanın ən böyük enerji və kimya şirkətlərindən biri "Chevron"un Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28, 29, 30 ünvanlarına bildirə bilərlər.
Xatırladaq ki, "Chevron" bu ilin aprel ayına qədər "Əsrin Müqaviləsi"də 9,57%, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində isə 8,9% paya malik olub. Həmin paylar Macarıstanın MOL şirkətinə satılıb.