SOCAR Gürcüstanın ən böyük investorlarından biri olmaqla yanaşı, eyni zamanda, uzun illər boyu ən çox vergi ödəyicisidir.
Eləcə də bax: "SOCAR Georgia Petroleum" şirkətinə yeni rəhbər - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, şirkətin həyata keçirdiyi layihələr iki qonşu dövlət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. SOCAR-ın ölkə xaricində ilk yanacaqdoldurma məntəqəsi Gürcüstanda açılıb. Hazırda Gürcüstanda “SOCAR” brendi altında işləyən yanacaqdoldurma məntəqələri şəbəkəsi genişlənməkdədir.
Şirkətdən bildirilib ki, hazırda bu ölkədə “SOCAR” brendli 108 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bunlardan 78-i benzin, 24-ü kompleks, 6-sı CNG satışını həyata keçirir. (Marja)