“Azərbaycan qazının Türkiyədə istifadəsi çoxaldı. 2021-ci ildə bunun davam etməsi Türkiyədəki tələbə bağlı olacaq”.
Eləcə də bax: SOCAR-ın gəlirləri kəskin azalıb – ZƏRƏRLƏ İŞLƏMƏYƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, bu il Türkiyədə tələb bir qədər düşüb:
“Türkiyə Azərbaycan qazını özəl qiymətə alır. Azərbaycan Türkiyənin Rusiyadan sonra ikinci böyük qaz tədarükçüsüdür”.
Eləcə də bax: SOCAR prezidenti TOTAL rəhbərinə - Fransa Barədə Şikayətlənib
S. Düzyol həmçinin qeyd edib ki, TANAP tam ötürücülük gücünə çatdıqda illik gəlirləri 1,5 milyard dollar olacaq: “Layihə 2022-ci ildə tam ötürücülük gücünə çatacaq.
TANAP-ın ötürücülük gücü ilbəil artmaqdadır. Layihə yatırımçısına böyük pullar qazandıracaq bir layihədir. Xüsusilə də layihə onun payçısı olan Azərbaycan Dövlət Neft Şirkətinə böyük gəlirlər gətirəcək”.