Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 5,4 %, yəni 1,6 mlrd kubmetr artımla 30,5 mlrd kubmetr qaz hasil edilib.
Bu barədə FED.az Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, qaz hasilatının 9,7 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 14,7 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 6,1 mlrd kubmetr qaz hasil olunub.