Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 23,8 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Bu barədə FED.az Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu 2019-cu ilin 10 ayına nisbətən, təxminən, 2,2 mln ton, yəni 8,5 % azdır.
Neftin (kondensatla birlikdə) 22,6 mln tonu konsorsium, 1,2 mln tonu isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə ixraca nəql edilib.