Ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti 2%-dən çox artaraq 2022-ci il martın 9-dan bəri ilk dəfə bir barel üçün 125 dolları ötüb.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:48-ə olan məlumata görə, Brent markalı neftin qiyməti 2,26% artaraq 1 barelə görə 125,03 dollar olub.
Bakı vaxtı ilə saat 18:06-da Brent markalı neftin qiyməti bir qədər aşağı düşüb və bir barel üçün 124,83 dollara (+2,16%) satılıb.
Eyni zamanda, 2022-ci ilin iyul ayında çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 1,93% bahalaşaraq bir barel üçün 123,31 dollara çatıb. (Marja)