Fevralın 18-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 0,61% artaraq 1 barelə görə 93,54 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,75% azalaraq 91,07 dollara enib.