ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin avqust müqaviləsinin dəyəri 0,4% artaraq, 1 barelə görə 74,44 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,01% azalaraq, 69,5 dollara bərabər olub.