Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti avqustun 30-dan bəri ilk dəfə olaraq 78 dollar/bareldən yuxarı qalxıb.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:20-yə olan birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 0,9% artaraq 78,33 dollar olub.
Eyni zamanda, WTI markalı xam neftin noyabr fyuçersləri 0,86% bahalaşaraq bir barel üçün 74,27 dollar təşkil edib.