ABŞ Enerji Departamenti “Brent” markalı neftin qiymətinə dair 2020-ci il üçün proqnozunu 41,19 ABŞ dollardan 40,61 ABŞ dollaradək azaldıb. Bu açıqlamadan sonra dünya bazarlarında neft qiymətləri 3,75 % artıb.
FED.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 00:05-ə olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,75% artaraq bir barel üçün 43,99 ABŞ dollarına, WTI markalı neftin fyuçersləri isə 3,64% artaraq bir barel üçün 42,1 ABŞ dollarına çatıb.
Sonuncu dəfə “Brent” markalı neftin qiyməti 44 ABŞ dollarını sentyabr ayında keçib.