"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 0,7% artaraq 1 barelə görə 111.17 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,17% artaraq 105.25 ABŞ dollarına bərabər olub.













