Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı artırmaq üçün böyük imkanları var.
Eləcə də bax: Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi 45%-dən çox - ARTIB - FOTO
FED.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.
O, Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib.
Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə əldə olunmuş razılığı da qeyd edib.
Ə.Əsədov diqqətə çatdırıb ki, Qazaxıstan və Türkmənistan öz enerji resurslarının tranziti üçün Azərbaycanın nəqliyyat və boru kəməri infrastrukturundan istifadə edir. (Report)