2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Serbiyaya 66 milyon 614 min dollar dəyərində 128 milyon 508 min kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 60 milyon 622 min dollar və ya 1011,7% (11 dəfə) artıb, həcm ifadəsilə isə 111 milyon 674 min kub metr, başqa sözlə 663,4% (7,6 dəfə) artıb.
Qeyd edək ki, 2024-cü ilin ilk dörd ayı ərzində Azərbaycandan bu ölkəyə cəmi 5 milyon 992 min dollar dəyərində 16 milyon 834 min kub metr təbii qaz ixrac olunmuşdu.
Hesabat dövrünün nəticələrinə görə, Azərbaycanın Serbiyaya ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 88 qəpik təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 27 qəpik (44,3%) artım deməkdir.
Ötən ilin müvafiq dövründə isə Serbiyaya ixrac edilmiş qazın bir kub metrinin orta ixrac qiyməti 61 qəpiyə bərabər olub.