2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə toplanılmış yol vergisi 88,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 16,6 %, 2024-cü illə müqayisədə isə 3,6 % azdır.
Dünya Bankı: Yüksək enerji qiymətləri Azərbaycanın ixrac gəlirlərini dəstəkləyəcək
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, azalma ölkə daxilində istehsal olunan neft məhsullarının həcminin azalması ilə əlaqədardır.
Belə ki, neft məhsullarının daxili bazarda satışı üzrə proqnoz Aİ-92 markalı benzin üzrə 233,3 min ton və yaxud 14,3 %, Aİ-95 markalı benzin üzrə 105,5 min ton və yaxud 95,9 %, dizel yanacağı üzrə isə 197,1 min ton və yaxud 9 % az icra edilib.













