2025-ci ilin yanvar-mart aylarında ölkənin təbii qaz hasilatında keçən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınıb.
Stolüstü kompüter istehsalı 4 dəfəyə yaxın artıb - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumatlara əsasən, bu dövr ərzində ölkədə ümumilikdə 12,458.5 milyon kub metr təbii qaz hasil olunub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən təbii qaz hasilatında 0,9 faiz azalma müşahidə edilib.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 6,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,8 milyard kub metr təşkil etmişdir. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artmışdır.