Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 milyard 557,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Azərbaycanda qaz hasilatı 4,3% artıb
Bu barədə FED.az Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 350,50 milyon kVt/saat və ya 2,52 % azdır.
İyun ayında ölkədə 2 milyard 326 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 304,6 milyon kVt/saat və ya 15,1 % çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 13 milyard 907,9 milyon kVt/saat, həmçinin iyun ayında 2 milyard 021,4 milyon kVt/saat təşkil edib.