Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 607 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb.
Neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 8,2 faiz, ağ neft istehsalı 8,3 faiz, avtomobil benzini istehsalı 17 faiz azalıb.
Bununla yanaşı, neft koksunun istehsalı 19,4 faiz, neft bitumu istehsalı 30,2 faiz, sürtkü yağları istehsalı isə 38,9 faiz azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2025-ci ilin yanvar-aprel ayları |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.05.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
424,4 |
83,0 |
44,0 |
Ağ neft, min ton |
196,0 |
91,7 |
22,9 |
Qazoyllar (dizel yanacağı), min ton |
726,4 |
91,8 |
154,7 |
Mazut, min ton |
55,1 |
55,1 d. |
0,8 |
Sürtkü yağları, min ton |
12,4 |
61,1 |
4,7 |
Maye qazlar, min ton |
71,9 |
94,4 |
2,4 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
209,9 |
61,5 |
38,8 |
ondan: neft bitumu, min ton |
49,2 |
69,8 |
3,9 |
neft koksu, min ton |
63,9 |
80,6 |
34,5 |