Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 10,8 mlrd kubmetr təşkil edib.
Bu barədə FED.az Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % çoxdur.
Cari ilin 10 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 20,9 % çox, yəni 9 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,8 mlrd kubmetr olub.
Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.