Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,8 % artaraq 70,54 ABŞ dolları təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 67,76 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,09 ABŞ dolları və ya 1,63 % artaraq 68,08 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.









