Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,41 dollar və ya 0,43 % artaraq 95,57 dollara çatıb.
FED.az xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 93,33 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollardan hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.












