Dünya bazarında neftin sürətli bahalaşması Azərbaycan neftinin qiymətinə də təsir edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, martın 30-da keçirilən hərracların gedişində Azərbaycanın Azeri Light markalı neftinin qiyməti ötən həftənin sonu ilə müqayisədə daha 6,53 dollar bahalaşaraq 133,65 dollara yüksəlib.
Brent nefti isə gün ərzində əvvəlcə 115 dollara yüksəlsə də, sonradan 112 dollar səviyyəsində sabitləşib.
Amerika qitəsinin WTI markalı nefti isə 102 dollara ticarət olunur.











