Azərbaycandan ötən il Almaniyaya 1 milyon 164,7 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Almaniyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 726 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 176,3 min ton (13,1%), dəyərində isə 145,9 milyon dollar (16,7%) azalma baş verib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Almaniyaya 879,1 milyon dollar dəyərində 1 milyon 341 min ton neft ixrac etmişdi.
Ötən il ərzində Almaniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 060 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 46 manat (4,1%) çoxdur.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Almaniyaya 2024-cü ildə 5-ci, 2023-cü ildə isə 4-cü yerdə olub.