Azərbaycan ən çox Gürcüstana elektrik enerjisi ixrac edir.
FED.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyiblər.
Bildirilib ki, 2018-ci ildə enerji sisteminin ötürücü şəbəkə sisteminə idxal olan elektrik enerjisinin ümumi həcmi 99,2 mln. kVts təşkil edib.
İxrac olunan elektrik enerjisinin ümumi həcmi isə 1 413,2 mln. kVts təşkil edib. O cümlədən Rusiyaya 121,4, Gürcüstana 1 230,1, Türkiyəyə 13,4, İrana
48,3 mln. kVts elektrik enerjisi ixrac olunub.
Qeyd olunub ki, enerji sistemi üzrə idxal-ixracın saldosu 1 314 mln. kVts təşkil edib. 2019-cu ildə ixracın 1500 mln kvts ixrac edilməsi planlaşdırılır.
Eləcə də bax: “Azərenerji”də kütləvi ixtisar var? - ŞİRKƏTDƏN AÇIQLAMA
Azərbaycan 4 ölkəyə enerji ixrac edir
10:28
26 Yan 2019