Almanlar enerji böhranının dərinləşməsindən və inflyasiyanın yüksəlməsindən getdikcə daha çox narahat olduqlarını bildirirlər
FED.az xəbər verir ki, Civey şirkətinin sorğusuna əsasən, almanların əksəriyyəti gələn il daha yüksək inflyasiya gözlədiklərini qeyd edib.
Sentyabrın 8-dən 12-dək 2500 respondentlə aparılan sorğuda Almaniyada 68 faizlə enerji böhranı birinci, ikinci yerdə isə 64 faizlə inflyasiya gəlir.
Sorğunun nəticəsi göstərdi ki, inflyasiya insanları əsəbiləşdirir və iştirakçıların 48 faizi heç nə saxlaya bilmir.
Bahalı enerji və ərzaq Almaniyada inflyasiyanı son 50 ilin ən yüksək səviyyəsinə qaytarıb.
Almaniya Federal Statistika İdarəsinin (Destatis) avqust ayı qiymət artımlarına dair yekun məlumatlarına görə, iyulda yüzdə 7,5 olan illik inflyasiya, avqust ayında 2 aydan sonra yenidən 7,9 faizə yüksələrək 1973-cü ilin qışından bəri ən yüksək göstəricidir. 2022-ci ilin may ayında Almaniyada inflyasiya 7,9 faiz olaraq qeydə alınıb.