Almaniyada benzinin qiyməti 2022-ci ilin yazından bəri ən yüksək həddə çataraq bir litr üçün 2,13 avro təşkil edib.
ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə 4 dolları keçib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Avropa Komissiyasının (AK) məlumatlarından məlum olur.
Qeyd olunub ki, benzinin qiyməti bir litrinin 1,89 avro olduğu Avropa üzrə orta göstəricini 13 % üstələyir.
Qiymət artımı ilə əlaqədar Almaniya benzinin ən bahalı olduğu ölkələrin siyahısına daxil olub. Bu siyahıya həmçinin Danimarka (bir litr üçün 2,25 avro), Niderland (bir litr üçün 2,35 avro) və Finlandiya (bir litr üçün 2,11 avro) da daxil edilib.
Qeyd edək ki, Avropanın əksər ölkələrində benzinin qiymətləri Yaxın Şərqdə gərginliyin artması, xüsusən də İran tərəfindən Hörmüz boğazının bloklanması fonunda artım nümayiş etdirir.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
İran rəhbərliyi həmçinin ABŞ, İsrail və əməliyyata dəstək verən dövlətlərlə əlaqəsi olan gəmilər üçün Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Münaqişə zamanı Tehranın icazəsi olmadan boğazdan keçməyə cəhd edən bir neçə tanker hücuma məruz qalıb. (Report)











