Almaniyanın Nazirlər Kabineti istehlakçılar üçün qazın qiymətinin artımının qarşısının alınması mexanizmini razılaşdırıb, bunun üçün 200 mlrd. avroya qədər kredit götürüləcək.
Eləcə də bax: "Enerji qiymətləri düşməsə, iqtisadiyyat çökəcək"
FED.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts təstiq edib.
Onun sözlərinə görə, Almaniyada elektrik enerjisinin qiymətləri Avropada Rusiya qazının qıtlığı fonunda artır, bu, vətəndaşlar üçün problemlər yaradır.
"Federal hökumət artan qaz qiymətlərinin təsirlərini yumşaltmaq üçün 200 mlrd. avroya qədər vəsait ayırır", o əlavə edib. (Apa)