Azərbaycandan bu ilin yanvar-avqust aylarında Almaniyaya 841,9 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Almaniyaya ixrac edilmiş neftin dəyəri isə 445,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 223,5 min ton (36,1%), dəyərində isə 39 milyon dollar (9,6%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Almaniyaya 406,3 milyon dollar dəyərində 618,4 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Almaniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 899 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 217 manat (19,4%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1116 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Almaniya 2025-ci ildə 4-cü, 2024-cü ildə isə 7-ci yerdə olub.