Gürcüstan cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 160,2 milyon dollar dəyərində təbii qaz idxal edib.
Bu il SOCAR Gürcüstanda qazlaşdırmanı 88 faizə çatdıracaq
FED.az xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, ötən il bu rəqəm 313,5 milyon dollar təşkil edib.
Məlumata görə, bu ilin doqquz ayında Gürcüstanın Rusiyadan təbii qaz idxalının həcmi artaraq 90,1 milyon dollar olub. Qeyd olunan dövrdə Gürcüstanın Rusiyadan idxal etdiyi təbii qazın ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Bu, 2009-cu ildən bəri bütün statistika dövrü üçün maksimum göstəricidir.
2023-cü ilin sonunda Gürcüstan Rusiyadan 110,3 milyon dollar dəyərində təbii qaz alıb. (Azərtac)