2022-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 4,2% - 4 milyard 136,3 milyon manata qədər (cari məzənnə ilə təxminən $2,433 milyard) azalıb.
Azərbaycan əhalisi benzin və dizelə 3 milyard manata yaxın - PUL XƏRCLƏYİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 milyon 282,7 min ton avtomobil benzini (artım 1,4%), 563,6 min ton təyyarə yanacağı (artım 14,6%) istehsal olunub.
Bu dövrdə 296,1 min ton birbaşa qovulan benzin - nafta (azalma 21,6%), 2 milyon 40 min ton dizel yanacağı (azalma 15,5%), 77,7 min ton soba mazutu (azalma 16,9%), 44,6 min ton sürtkü yağları (azalma 23,5%), 209,6 min ton neft koksu (azalma 18,2%), 342,4 min ton neft bitumu (azalma 5,5%) istehsal edilib.
2022-ci ildə neft məhsullarının istehsalında azalma aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan planlı təmir işləri ilə əlaqədar olub.
2023-ci il yanvarın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 33,1 min ton avtomobil benzini, 1,4 min ton nafta, 34,1 min ton təyyarə yanacağı, 58,8 min ton dizel yanacağı, 10 min ton soba mazutu, 4,9 min ton sürtkü yağı, 11,7 min ton neft bitumu, 50,7 min ton neft koksu var. (İnterfaks-Azərbaycan)