2018-ci ildə SOCAR-ın Kadrlar şöbəsi tərəfindən işə qəbul və yerləşdirmə üzrə 2018-ci ilin yanvar-dekabr ayları ərzində 1146 vakansiya üçün test imtahanı keçirilmişdir. Bu test imtahanlarına ilkin seçimdən keçmiş 40436 nəfər vətəndaş dəvət edilmişdir.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın 2018-ci il ərzindəki fəaliyyətinə dair hesabatda deyilir.
Eləcə də bax: Azərbaycanın ən böyük şirkətində orta maaş - 84 MANAT ARTIB
Qeyd edilib ki, dəvət olunan vətəndaşlardan 20465 nəfər kişi (93,1%) və 1526 nəfər qadın (6,9%) olmaqla ümumilikdə 21991 nəfər (54,4%) test imtahanında iştirak etmişdir. Test imtahanında iştirak edən vətəndaşlardan 5357 nəfər (24,4%) keçid balını toplayaraq növbəti mərhələyə buraxılmışdır. Növbəti mərhələyə buraxılan vətəndaşlardan 4938 nəfər kişi (92,2%), 419 nəfər qadın (7,8%) olmuşdur.
Marja