İndi Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində xarici şirkətin cəlb olunması ilə transsərhəd ekoloji fəlakət törətməkdə davam edir.
Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir - VİDEO
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib.
Bununla Ermənistanın 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olduğunu vurğulayan dövlət başçısı bildirib: “Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir”.