Türkiyənin İstanbul şəhərini təmin edən su anbarlarında cəmi üç aylıq su qalıb.
Azərbaycanda dəniz suyundan içməli su almaq üçün - İŞLƏR BAŞLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki bu barədə NTV telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, İstanbulun 91 günlük su təchizatı var.
Bildirilib ki, İstanbuldakı on su anbarından altısında su ehtiyatı normadan 20 faiz aşağı düşüb. Minimum maye səviyyəsi ehtiyatların 4,47%-ni təşkil edən Pabuçdere bəndində qeydə alınıb. Ümumilikdə su anbarlarının dolma dərəcəsi 33,37 faiz təşkil edir. Bu, 2014-cü ildən bəri ən aşağı göstəricidir.
Sinoptiklər yaxın on gündə yağıntı olacağını proqnozlaşdırmadığından şəhər hakimiyyəti vətəndaşları suya qənaət etməyə çağırıb.