Faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, oktyabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda sulu qar yağıb. 17-si gün ərzində bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.
Düşən yağıntının miqdarı Şəki, Qax, Astarada 8 mm, Yardımlıda 6 mm, Lerik, Oğuz, Şahdağ, Ordubad, Gədəbəy, Sədərək, Mingəçevir, Qəbələ, Lənkəran, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Qobustan, Biləsuvar, Sabirabad, Cəfərxan, İsmayıllı, Yevlax, Balakən, Zaqatala, Göyçay, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Quba (Qrız), Qax, Göygöl, Daşkəsən, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Oktyabrın 17-də müşahidə olunan güclü şimal-qərb küləyi 18-i səhər saatlarından 8-13 m/s-dək zəifləyib.