Dövlət

Vilayət Eyvazova yeni müavin təyin edildi - PREZİDENTDƏN SƏRƏNCAM

Vilayət Eyvazova yeni müavin təyin edildi - PREZİDENTDƏN SƏRƏNCAM | FED.az
19:14 5 İyul 2019

Azərbaycan Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

FED.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib. Əzimov daha öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.

 

Xatırladaq ki, cari ilin iyun ayının 20-dək sözügedən postu hazırkı Daxili İşlər naziri Vilayət Eyvazov tutub.  

 

Digər xəbərlər