Mayın 25-də Baş nazir Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
FED.az xəbər verir ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri iştirakı ediblər.
Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilib.
Qeyd edək ki, toplantıda prezidentin köməkçisi şahmar Mövsümov, Ədliyyə Naziri Fikrət Məmmədov, Maliyyə naziri Samir Şərifov, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Əmlak Məsələləri Dövlət Xidmətinin sədri Mətin Eynullayev, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyəti başçıları iştirak edib.