Rusiyanın Mərkəzi Bankı ABŞ-ın tətbiq etməyə hazırlaşdığı yeni sanksiyaların mümkün təsirlərinə münasibətini açıqlayıb.
FED.az «RİA Novosti»yə istinadən bildirir ki, Mərkəzi Bankın sədr müavini Sergey Şvetsov bildirib ki, yeni sanksiyalar nəticəsində tətbiq ediləcək məhdudiyyətlərin effekti 2014-cü ildəki ilə müqayisədə xeyli az olacaq. Onun sözlərinə görə, Rusiya artıq sanksiya şəraitində işləməklə bağlı kifayət qədər təcrübəyə malikdir. Şvetsov onu da bildirib ki, digər ölkələrlə müqayisədə Rusiyanın maliyyə bazarları daha müstəqildir.
Qeyd edək ki, ABŞ yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır. Onun nəticəsində qonşu ölkədə dolların kəskin bahalaşması istisna edilmir.
Eləcə də bax: Dollar 75 rubl olacaq? – ABŞ Rusiyanın zəif yerindən vurur